İdman direktoru “Qarabağ”ı işarələdi: “Bu, bizə müəyyən çətinliklər yaradacaq”

22 İyun 19:20 Qarabağ 880
İdman direktoru “Qarabağ”ı işarələdi: “Bu, bizə müəyyən çətinliklər yaradacaq”

“Burada olmaqdan çox xoşbəxtik və böyük qürur hissi keçiririk.

Bilirəm ki, vətəndəki azarkeşlərimiz püşkatmanı canlı izləyirdilər və bu turnirdə rəqiblərimizin kim olacağını öyrənmək üçün çox həyəcanlı idilər.”

Sportinfo.az xəbər verir ki,bu sözləri “Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan “Vestri”nin idman direktoru İvar Petursson deyib.

İslandiya klubunun funksioneri Azərbaycana səfərdən danışıb:

“Rəqibimizin nümayəndələri ilə görüşmək çox gözəldir. Bu püşk səfər və logistika baxımından bizim üçün müəyyən çətinliklər yaradacaq.

Amma eyni zamanda normalda görə bilməyəcəyiniz ölkələri görmək imkanı da verəcək.”

“Qarabağ”la “Vestri” arasında ilk oyun iyulun 9-u Bakıda, cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!