Bizimkilər "Altay" çempionatında neylədi? - FOTO

23 İyun 05:30 Taekvondo 391
Bizimkilər "Altay" çempionatında neylədi? - FOTO

Azərbaycan taekvondoçuları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatında 3 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.

Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatında (22-23 iyun) iştirak edirlər, həmçinin "Kazakhstan Open" (25-27 iyun) beynəlxalq turnirinə də qatılacaqlar.

Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!