“Qarabağ” Rusiya klubundan kimi sıralarına qatdı? - TRANSFER XƏBƏRİ

00:40 Qarabağ 252
“Qarabağ” Rusiya klubundan kimi sıralarına qatdı? - TRANSFER XƏBƏRİ

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu yamaykalı vinger Renaldo Sefasla anlaşıb.

Onunla bütün məsələlərdə razılıq əldə olunub və futbolçu “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışına qatılıb.

Renaldo Sefas Ağdam klubunu tərk edəcək Leandro Andradenin yerinə heyətə qatılıb.

Qeyd edək ki, Renaldo Sefas peşəkar karyerasına Yamaykanın “Arnett Qardens” klubunda başlayıb.

2022-ci ildə o, Şimali Makedoniyanın “Şkupi” klubuna keçib. Burada bir il oynadıqdan sonra isə Türkiyənin “Ankaragücü” klubuna transfer olunub.

Ankara təmsilçisində 2 mövsüm keçirib. Orada 58 oyunda 11 qol vurub. 2025-ci ildən isə o, Rusiyanın “Pari Nijniy Novqorod” klubunda oynayır. O, bu klubda 25 oyuna çıxıb və 1 qol vurub.

“Qarabağ” onu transfer məbləği ödəyərək heyətinə qatıb. Çünki Sefasın ruslarla müqaviləsi var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?