"Neftçi"nin transfer siyahısında yer alan Feliks Yeboa Yeboa daha bir klubun diqqət mərkəzindədir.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, kamerunluya növbəti təklif oynadığı Bolqarıstandan gəlib.
"Arda"nın legioneri Bolqarıstan çempionu “Levski” transfer etmək istəyir. Bunun üçün Yeboa ilə danışığa da keçiblər.
29 yaşlı mərkəz müdafiəçisinin hansı qərarı verəcəyi yaxın günlərdə dəqiqləşəcək.
Kamerun millisinin sabiq üzvünün “Arda” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.
O, PSJ-nin yetirməsidir və Bolqarıstana gəlməmişdən əvvəl PSJ B və “Genqam”ın formasını geyinib.

