“Neftçi” azarkeşləri ürəyini buz kimi saxlasın, Zaur Əzizov böyük işlər görəcək”

14 Yanvar 2022 14:00 Neftçi 1 091
“Neftçi” azarkeşləri ürəyini buz kimi saxlasın, Zaur Əzizov böyük işlər görəcək”

“Hazırda klub funksioneri olaraq çalışmağı planlaşdırmıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq rəsmisi Səbuhi Səfiyarlı deyib.

Vaxtilə paytaxt klubu ilə yanaşı, “İnter” və “Qəbələ”də görəv almış S.Səfiyarlı onunla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Gördüyü işlərlə həmişə adından söz etdirmiş sabiq funksioner “Neftçi”yə qayıtmasının - yeni idman direktoru Zaur Əzizova köməkçi təyin edilməsinin gündəmdə olmadığını bildirib.

Sitat: “Mən menecer olaraq hazırda fəaliyyətimi davam etdirirəm. Belə kifayət qədər işim çoxdur. Müxtəlif klublarla əməkdaşlıq edirəm.

“Neftçi”dən təklif almamışam. Bir də ki, Zaur Əzizov oradadırsa, heç bir problem ola bilməz. O, olduqca təcrübəli, klub işini yaxşı bilən idarəcidir.

“Neftçi” azarkeşləri ürəyini buz kimi saxlasın, Zaur Əzizov böyük işlər görəcək, kluba ciddi uğurlar qazandıracaq. Buna heç kimin şübhəsi olmasın”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!