Bakıda millimizə qol vuran universal futbolçu "Neftçi"nin MARAQ DAİRƏSİNDƏ

30 Noyabr 2021 14:20 Neftçi 1 893
Bakıda millimizə qol vuran universal futbolçu "Neftçi"nin MARAQ DAİRƏSİNDƏ

Qeyri-stabil mövsüm keçirən “Neftçi” qış fasiləsində heyətini genişləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, son çempion qapı, müdafiənin cinahları və hücum xəttinə axtarışlarını davam etdirir.

“Ağ-qaralar”ın ön xətt üçün hədəflərindən biri məlumdur. Rəhbərlik “Valerenqa”nın gənc vingeri Osame Sahrauiyə elçi düşüb.

Oslo klubunun yetirməsi olan 20 yaşlı futbolçu Norveçin U-21 millisinin üzvüdür. Onun böyük perspektiv vəd etməsi və 2019-cu ildən əsas komandasına yüksəldiyi “Valerenqa” ilə müqavilə müddətinin 2023-cü ilin dekabrına qədər olması Azərbaycan klubunun əlini zəiflədir.

Ancaq başa çatmaqda olan mövsümdə keçirdiyi 24 matçda məhsuldarlığının aşağı olması (2 qol) Norveç klubunun fikrini dəyişə bilər.

“Neftçi” sonradan transfer etmək maddəsi ilə Sahrauini mövsümün sonuna qədər icarəyə götürmək variantına cəhd edəcək.

Osame Sahraui Norveçin U-21 yığmasının heyətində noyabrın 16-da Avropa çempionatının seçmə mərhələsində “Neftçi”nin stadionu olan “Bakcell Arena”da Azərbaycan millisi üzərində 2:1 hesablı qələbəyə 1 qolla töhfə verib.

O, hücumun hər iki cinahında və pleymeyker mövqeyində oynaya bilir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 00:10 11 günlük baş məşqçi