“Neftçi” daha bir CİDDİ PROBLEMLƏ ÜZLƏŞDİ

24 Noyabr 2021 11:40 Neftçi 2 278
“Neftçi” daha bir CİDDİ PROBLEMLƏ ÜZLƏŞDİ

“Neftçi” ciddi itki ilə üzləşib.

Bu barədə Sportinfo.az-a klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

“Ağ-qaralar”ın sözçüsü Aqil Məmmədovun müayinədən keçdiyini və dizində şiş aşkarlandığını bildirib.

Təcrübəli qapıçının Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail”ə qarşı forma geyinə bilməyəcəyi 100 faiz dəqiqləşib.

Onu U-21-in sabiq qolkiperi Kamran İbrahimov əvəzləyəcək.

Aqilin qış fasiləsinə qədər “Sumqayıt” və “Qəbələ”ylə oyunlarda iştirak edib-etməyəcəyi müalicəsinin axarından asılıdır.

Məmmədov “Sabah”la qarşılaşmanın (1:2) son dəqiqələrində dizindən xəsarət alsa da, əvəzetmə limiti bitdiyindən mübarizəni hakimin final fitinə qədər zədəli halda davam etdirmişdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!