Buqrin “Neftçi”nin baş məşqçisindən niyə narazıdır? - VİDEO

14 Oktyabr 2021 19:40 Neftçi 1 009
Buqrin “Neftçi”nin baş məşqçisindən niyə narazıdır? - VİDEO

“Neftçi”nin baş məşqçisi Samir Abasovla Sabir Buqrin arasında ciddi problem yaranıb.

Buna səbəb belçikalı legionerin Premyer Liqanın 5-ci turunda “Sabah”la keçirilən səfər matçında etdiyi etirazdır.

Belə ki, yarımmüdafiəçi 75-ci dəqiqədə Sezar Meza Kolli ilə əvəzlənməsinı etirazla qarşılayıb. Ərəb orta sahə oyunçusu bu zaman tezniki zonaya yaxınlaşaraq, Abasovla əl-qol hərəkətləri ilə danışıb.

Bundan xoşlanmayan çalışdırıcı növbəti turda Buqrini ehtiyatda saxlayıb.

O, Belçika vətəndaşlığı da daşıyan Sabiri “Səbail”lə görüşün (3:1) 75-ci dəqiqəsində Vüsal Əsgərovun yerinə meydana buraxıb.

Yarımmüdafiəçi ona göstərilən münasibətdən narazlığını son məşqlərdə də Abasova büruzə verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti