İlk dəfə "Neftçi"də forma geyindi: "Mənim zamanım da gələcək"

26 Sentyabr 2021 15:00 Neftçi 1 563
İlk dəfə "Neftçi"də forma geyindi: "Mənim zamanım da gələcək"

"Komanda yaxşı oynadığından, bizə də rahat idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"də debüt pedən Tiaqo Bezerra deyib.

Braziliyalı hücumçu Premyer Liqanın 4-cü turunda ilk dəfə ağ-qara formanı geyinib. "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri matçın 73-cü dəqiqqəsində Mirabdulla Abbasovu əvəzləyən 34 yaşlı forvard özünü yaxşı hiss etdiyini söyləyib:

"Təbii ki, bir az zaman lazımdır. Hələ tələsməyə ehtiyac yoxdur. Komandada işlər də yaxşı gedir. Əlbəttə, oynamaq istəyirəm.

Amma digər oyunçulara da sayğı göstərmək lazımdır. Daha hazırlıqlı futbolçular var. Mənim zamanım da gələcək.

Bunun üçün çox çalışıram. Vaxtı yetişdikdə hazır olacam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?