“Neftçi”nin satdığı futbolçuya 15 milyon QİYMƏT QOYULDU

20 Sentyabr 2021 19:00 Neftçi 2 397
“Neftçi”nin satdığı futbolçuya 15 milyon QİYMƏT QOYULDU

“Olimpiakos” “Neftçi”dən transfer hüququnu aldığı Mamadu Kanenin qiymətini müəyyənləşdirib.

Yunanıstan klubu qvineyalı yarımmüdafiəçini 15 milyon avrodan aşağı rəqəmə satmayacaq.

Afrikalının özü isə 4 il ərzində 1,1 milyon avro əldə edəcək. Ellada təmsilçisi ilə müqaviləsi 2025-ci ildə başa çatacaq 24 yaşlı legioner ilk 2 ildə 250 min avro alacaq.

O, sonrakı iki sezonda 300 min avro əldə edəcək.

Ötən ay “Olimpiakos”la münasibətlərini rəsmiləşdirən Kane cari mövsümü icarə əsasında “Neftçi”də keçirəcək.

İki klub arasında anlaşmaya əsasən, qvineyalı legioner üçüncü tərəfə satılarsa, “Olimpiakos” bu keçiddən əldə olunan vəsaitin təqribən 15-20 faizini “ağ-qaralar”ın hesabına köçürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!