“Neftçi”dən: “Bu, bizim üçün gözəl röyanın başlanğıcı olacaq”

26 İyul 2021 22:40 Neftçi 1 076
“Neftçi”dən: “Bu, bizim üçün gözəl röyanın başlanğıcı olacaq”

"Biz hər matça yaxşı oynamaq və qələbə qazanmaq üçün çıxırıq.

Rəqibin necə oynaması bizi maraqlandırmır".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Neftçi"nin müdafiəçisi Mert Çelikə məxsusdur.

21 yaşlı oyunçu "Olimpiakos"la Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə danışıb.

Yunanıstanda keçirilən qarşılaşmanın 63-cü dəqiqəsində Pirey təmsilçisinin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alan türkiyəli rəqibin kimliyinə ciddi önəm vermədiklərini söyləyib:

Gənc müdafiəçi Bakıda Yunanıstan təmsilçisinə qalib gələcəklərinə inandığını vurğulayıb: "Ümid edirəm ki, cavab matçından sonra mərhələni keçən tərəf biz olacağıq.

Buna ürəkdən inanıram. Bu, bizim üçün gözəl röyanın başlanğıcı olacaq. Komandamı tribunadan azarkeş kimi dəstəkləyəcəm".

"Neftçi" və "Olimpiakos" arasında cavab görüşü iyulun 28-də "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti