“Neftçi“nin futbolçusunun başına gələn hadisə 3 Türkiyə klubunun planını necə pozdu?

26 İyul 2021 09:40 Neftçi 3 239
“Neftçi“nin futbolçusunun başına gələn hadisə 3 Türkiyə klubunun planını necə pozdu?

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Olimpiakos” ilə dünən keçirilmiş ilk matçın 43-cü dəqiqəsində rəqib futbolçudan üzünə zərbə alan Namik Ələsgərov yalnız “Neftçi“sevərləri məyus etməyib.

Ötən mövsüm Premyer Liqanın bombardiri olan yarımmüdafiəçinin Yunanıstanda başına gələn hadisə Türkiyədən Azərbaycana gəlməyə hazırlaşan 3 klub təmsilçisinin də plnlarını dəyişdirib.

Bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tiflis “Dinamo”su ilə hər iki oyununda qola imza atan millinin üzvü konkret olaraq Super Liqa klublarının maraq dairəsindədir.

“Hatayspor“un onunla yaxından ilgilənməsi daha öncədən məlum idisə, indi bu siyahıya “Kayserispor“la “Yeni Malatyaspor“ da daxildir.

Onların nümayəndələri “Olimpiakos“la Bakıdakı cavab görüşündən sonra Namiqlə bir araya gəlməyi planlaşdırırdı.

Sən saydığını say, gör, fələk nə sayır. Üz nahiyəsindən əməliyyat olunan Ələsgərov minimum 1-1,5 ay yaşıl sahələrdən kənarda qalacaq.

Gələn ay isə artıq Türkiyədə yeni mövsümə (13 avqust) start veriləcək. Yay «ransfer pəncərəsi» sentyabrın 8-də bağlanacaq. Həmin vaxtadək həm Namiqin ümumi durumuna aydınlıq gələcək, həm də «Neftçi»nin.

«Ağ-qaralar»ın avrokuboklarda çıxışının davam etdirib-etdirməməsi yarımmüdafiəçinin gələcək karyerasının müəyyənləşməsi baxmından da mühüm əhəmiyyətlidir.

Bilinən odur ki, Ələsgərov legioner həyatı yaşamaq fikrindəlir və bunu klub rəhbərliyinə də elan edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti