
Yunanıstanda "Olimpiakos"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu Mert Çelik sosial şəbəkədə paylaşım edib.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçi şəxsi instaqram hesabı vasitəsi ilə meydandan qovulduğu üçün məyus olduğunu bildirib.
"Cavab qarşılaşmasında komandamı tək buraxdığıma görə çox üzgünəm. Ümid edirəm ki, Bakıda daha yaxşı nəticə əldə edəcəyik", - deyə oyunçu yazıb.
Görüşün 63-cü dəqiqədə Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun sifətinə təpiklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.