“Neftçi”ni izləyən italyan: “Çalışıram ki, onlara nəzarət edim"

22 İyun 2021 00:42 Neftçi 888
“Neftçi”ni izləyən italyan: “Çalışıram ki, onlara nəzarət edim"

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" yerli "Olimpiya" (Lyublyana) ilə qarşılaşıb - 1:1.

Matçda hər iki qol ikinci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib. Yeni transferlər - Harramiz Soares və Sezar Meza Kolli 58-ci dəqiqədə meydana daxil olaraq, paytaxt klubunda debüt edib.

"Neftçi" növbəti sınaq matçını iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı keçirəcək. Sloveniyadakı son rəqib isə "Spartak" (Moskva) olacaq. Bu oyun isə iyunun 29-da olacaq.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yoxlama matçı barədə danışıb:

"Buraya çox yaxın, təqribən 200 metr aralıda yerləşən ərazidə qalıram. Yaxınlıqda keçirilən hər bir yoxlama matçlarını izləməyə çalışıram ki, yerli oyunçuların ümumi hazırlıq durumuna nəzarət edim".

İtaliyalı mütəxəssis bildirib ki, çempion komandanın düşərgəsində olmaq, onun oyununa baxmaq böyük sevincdir.

Digər Xəbərlər
Xəbər Lenti