Asiyalı ulduzu bu yay “Neftçi”də görəcəyik?

8 İyun 2021 13:00 Neftçi 2 519
Asiyalı ulduzu bu yay “Neftçi”də görəcəyik?

Bu ilin martında “Neftçi” ilə 2 aylıq müqavilə imzalayan Keysuke Honda yenidən Azərbaycana qayıda bilər.

Bu barədə Sportinfo.az-a apytaxt klubundan məlumat daxil olub.

Redaksiyamıza bildirilib ki, yaponiyalı yarımmüdafiəçi hazırda yeni komanda axtarışına çıxıb.

35 yaşlı futbolçu karyerasını Avropada davam etdirmək istəyir və onun meneceri Portuqaliya başda olmaqla, qitənin bir sıra ölkələrinin təmsilçiləri ilə təmasdadır.

Yaponiya yığmasının heyətində Olimpiadada iştirak eləmək niyyəti güdən Honda bu ayın sonunadək yekun qərarını verəcək. Yəni ki, normal təklif almasa, o, yenidən “Neftçi”yə dönəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda