Azərbaycanlı futbolçu al-qan içində - FOTOREPORTAJ

9 May 2021 10:40 Neftçi 1 770
Azərbaycanlı futbolçu al-qan içində - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Səbail" çempionluğa iddialı "Neftçi"ni qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin qollarını 13-cü dəqiqədə Voyislav Stankoviç, 62-ci dəqiqədə Yusuf Laval, 72-ci dəqiqədə Keysuke Honda, 79-cu dəqiqədə isə penaltidən Namiq Ələsgərov vurub.

“Səbail”in hücumçusu Rauf Əliyev bu matçda xoşagəlməz hədisə ilə üzləşib. 67-ci dəqiqədə başından zərbə alan forvardın başına sarğı qoyulub. Lakin o, matçı davam etdirə bilməyib və soyunub-geyinmə otağına yollanmalı olub.

Qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Neftçi" ən azı bir gün müddətinə liderliyə yüksəlib. Flaqman bir oyun az keçirən "Qarabağ"dan iki xal çox toplayıb. "Səbail" isə 24 xalla 7-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"