Samir Abasov üçün dəyişən şərtlər

3 Mart 2021 15:00 Neftçi 714
Samir Abasov üçün dəyişən şərtlər

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci turun daha 2 görüşü keçiriləcək.

Maraqla gözlənilən "Sumqayıt" - "Zirə" qarşılaşması 16:00-da start götürəcək.

Turun son görüşündə isə "Neftçi" doğma meydanda "Sabah"ı qəbul edəcək.

Samir Abasovun yetirmələrinin xal itirmək limiti bitib. Belə ki, ötən tur "Zirə"yə məğlubiyyət "Qarabağ"la aradakı 3 xallıq fərqin əriməsinə səbəb oldusa, növbəti xal itkisi liderlik kürsüsünü təhvil vermək bahasına başa gələcək.

Gənc mütəxəssis "Qarabağ" üzərindəki əhəmiyyətli qələbə ilə çempionluq mübarizəsində mühümün üstünlük yaxalaya bilmişdi.

Əsas rəqibin "Sumqayıt"da xal itirməsi fonunda "Neftçi"nin heyətdəki ciddi itkilərə rəğmən "Qəbələ" ilə oyunun 95-ci dəqiqəsində qələbə qolunu vurması, arada 3 xallıq fərqin yaranmasına səbəb olmuşdu.

3 xallıq fərqdən də önəmli olan, qeyd etdiyimiz periodda baş verənlərdən sonra "Neftçi" "Qarabağ" qarşısında çox böyük psixoloji üstünlük yarada bilmişdi. Amma son iki turda baş verənlər mövcud durumu 180 dərəcə Samir Abasovun ziyanına çevirib.

Öncə "Səbail" üzərində qazanılan çətin qələbə və dünən "Qəbələ" ilə oyundakı 3 xal "Qarabağ"ın vəziyyətini bir xeyli yaxşılaşdırmış oldu. Artıq Qurbanovun yetirmələri izləyici statusundan qurtulub. Bir günlük olsa da belə.

İndi 2 tur əvvəl Qurban Qurbanovun düşdüyü stuasiya ilə Samir Abasov üz-üzə qalıb. Görəsən, həmkarı kimi o da bu vəziyyətdən çıxmağı bacaracaqmı?

Abasovun komandası bu gün lider yox, ikinci yerin sahibi kimi meydana çıxacaq. Xal itkisi "Qarabağ"la ən yaxşı halda 2 xallıq fərqin yaranması deməkdir. Bu məqamların kollektiv üzərində əlavə təzyiq yaradacağı qaçılmazdır. Məhz bu anda Abasovun proseslərə necə müdaxilə edəcəyi, kollektivdəki ruhu necə saxlayacağı önəmli rol oynayacaq.

Rəqibin sonuncu yerdə gedən "Sabah" olması yaxşı nəticə üçün ümidvericidir. Amma Visente Qomesin yetirmələrinin qeyri-stabil çıxışı etməsi isə Samir Abasov üçün təhlükə mənbəyi təsiri bağışlayır. Necə? "Zirə" ilə oyunda son anda qələbəni (2-2) əldən verən, amma "Səbail"ə rahatlıqla təslim olan (2-0) "Sabah"dan nə desən gözləmək olar.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular