"Neftçi"nin legioneri baş məşqçi haqda BU SÖZÜ İŞLƏTDİ

22 Fevral 2021 09:20 Neftçi 909
"Neftçi"nin legioneri baş məşqçi haqda BU SÖZÜ İŞLƏTDİ

"Futbolçuların psixologiyası pozulmuşdu, onların üzərində yük çox idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin legioneri Saman Neriman Cahan dilə gətirib.

İranlı yarümmüdafiəçi əvvəlki baş məşqçi Füzuli Məmmədovun yaxşı mütəxəssis olduğunu vurğulayıb. Lakin onun fikrincə, hazırkı çalışdırıcı Samir Abasov taktikanı və psixoloji durumu dəyişib:

"Oynadıqca, qələbə qazanmadıqca təzyiq artırdı, Abasov isə bu yükü oyunçuların çiynindən götürdü. Hamı onun rəhbərliyi altında rahat oynayır.

Baş məşqçinin, futbolçuların əziyyəti ilə çempionluq əldə edə bilərik. İnanıram ki, azarkeşlərə bunu hədiyyə etməyi bacaracağıq.

Neçə ildir bunu istəyirlər, amma gerçəkləşmir. Çempionluq gəlsə, mənim üçün də yaxşı il olar".

Digər Xəbərlər
Xəbər Lenti