"Neftçi"nin istədiyi hücumçu "Bavariya" ilə müqavilə imzaladı

27 Yanvar 00:42 Neftçi 841
"Neftçi"nin istədiyi hücumçu "Bavariya" ilə müqavilə imzaladı

"Bavariya" İsveçrə "Bazel"inin sabiq futbolçusu Dimitri Oberlini heyətinə qatıb.

Sportinfo.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

İsveçrəli forvard klubun Almaniyanın III divizionunda çıxış edən əvəzedici komandasında oynayacaq. Oberlin ölkə çempionu ilə azad agent kimi anlaşıb.

O, qışda "Bazel"lə müqaviləsini ləğv edib.

Dimitri Oberlini qış fasiləsində "Neftçi" öz heyətinə qatmaq istəyib. Lakin futbolçu "ağ-qaralar"ın təklifini mənfi cavablandırıb.

Digər Xəbərlər
Xəbər Lenti