"Neftçi"nin oyunu "Neftçi"nin gözünə necə görünür? - VİDEO

16 Yanvar 2021 10:40 Neftçi 605
"Neftçi"nin oyunu "Neftçi"nin gözünə necə görünür? - VİDEO

"Neftçi" qış toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, ilk yoxlama matçında I Divizion təmsilçisi "Kəpəz"i 1:0 hesabıyla üstələyən "ağ-qaralar" bu dəfə öz meydanında "Keşlə" ilə üz-üə gəlib.

7 qolun vurulduğu qarşılaşmada "ağ-qaralar" 4:3 hesablı qələbə qazanıblar.

Görüşdə hesabı 10-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Mirabdulla Abbasov açıb. 36-cı dəqiqədə Tallison Dias fərqi artırıb. İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra "Keşlə" toplardan birinin əvəzini çıxıb. Yeni transfer Nicat Qurbanov bu komandada ilk qolunu vurub. 2 dəqiqə sonra Silvio Junior hesabı bərabərləşdirib.

Lakin qonaqların qol sevinci cəmi 1 dəqiqə çəkib. Mamadu Kane 62-ci dəqiqədə komandasını yenidən önə çıxarıb. 3 dəqiqə sonra Tallison Dias dubl edib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə Silvio Junior qoyub.

Digər Xəbərlər
Xəbər Lenti