Millimizin futbolçusu MİLYONLARLA PUL tələb edir

27 May 2020 10:52 Milli komanda 2 913
Millimizin futbolçusu MİLYONLARLA PUL tələb edir

"Baniyas" rəhbrliyi yeni qərarlar qəbul edib.

Birləşmiş Ərəb Əmirlikləri klubu aparıcı futbolçuların bir neçəsi ilə vidalaşmağı planlaşdırıb.

Onlardan biri də Riçard Almeydadır. Millimizin üzvü qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçib. O, maliyyə məsələlərində Ağdam təmsilçisi ilə razılığa gəlməmişdi.

Yarımmüdafiəçi Azərbaycan çempionundan illik 750 min avro istəmişdi. Braziliyalı sonda 50 min düşsə də, "Qarabağ" bu şərti də qəbul etməmişdi.

BƏƏ-də isə belə bir problem yoxdur. "Baniyas"ın büdcəsi 20 milyon avrodan çoxdur. Sadəcə, Almeydanı gətirən əsas şəxs – Vinfred Şefer artıq burada yoxdur.

Ərəblər vaxtilə "Bakı"nı da çalışdırmış almaniyalı mütəxəssislə vidalaşmaq qərarına gəlib. Klub yönətimi baş məşqçinin şəxsi istəyi ilə alınan legionerlərə indi böyük pullar ödəmək istəmir.

Yığmamızın üzvü bu siyahıda öncüllərdəndir. Onun illiyi "Baniyas"a 1,1 milyon dollara başa gəlir. Bəzi mətbuat orqanları yazır ki, Almeydanın müqaviləsi iyunun 30-da başa çatacaq.

Bu, doğru deyil. 31 yaşlı "sambaçı" BƏƏ təmsilçisi ilə 2,5 illik kontrakt imzalayıb. O, "Baniyas"la sözləşməsini ikitərəfli pozmağın əleyhinə çıxıb. Təbii, pul tələb edir, özü də 1 sent belə, güzəştə getmədən.

Bu səbəbdən hazırkı klubu ona görə gələcək təklifləri gözdən keçirməyə hazırdır. İcarəyə göndərilməsi? Bəli, bu da nəzərdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı