"Qol vuracağıma əmin idim, ona görə də topu götürdüm"

18 May 2020 12:58 Milli komanda 494
"Qol vuracağıma əmin idim, ona görə də topu götürdüm"

“Penaltini qola çevirəcəyimdən əmin idim, ona görə də topu götürdüm.

Ancaq buna baxmayaraq, asan olmadı. Çünki rəqib qırmızı vərəqə aldığı üçün oyun xeyli dayandı”

Sportinfo.az xəbər verir ki, bu sözləri “Ersgebirge”də çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov II Bundesliqanın 26-cı turunda evdə “Sandhauzen”ə qarşı 3:1 hesabı ilə qazanılan görüşdən sonra klub saytına deyib.

O, komandasının qələbəyə layiq olduğunu bildirib: “Rəqib azlıqda qaldı və bizim üçün yaxşı fürət idi. Meydanda onlardan daha çox qaçdıq. Fikrimcə, layiq olan komanda qələbə qazandı”.

30 yaşlı futbolçu görüşün tamaşaçasız oynanmasına da münasibət bildirib: “Sözsüz ki, azarkeşlər üçün darıxırıq. Bu durumun nə qədər davam edəcəyini heç kim bilmir. Belə oynamaq bütün komandalar üçün çətindir. Ümid edirəm ki, yaxın vaxtda onları da stadionlarda görəcəyik”.

Dimitri Nazarov görüşə start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib. O, qarşılaşmanın 5-ci dəqiqəsində komandasının qazandığı penaltini qola çevirib. 26 turdan sonra 37 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı