“Millini Qurban Qurbanov kimi xarakterli birinə tapşırmaq lazımdır"

16 May 20:00 Milli komanda 450
“Millini Qurban Qurbanov kimi xarakterli birinə tapşırmaq lazımdır"

Sportinfo.az Estoniyanın “Narva-Trans” klubunun hücumçusu Nurlan Novruzovun müsahibəsini təqdim edir:

- Həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?

- Çalışardım bəzi şeyləri dəyişim. Ancaq qismət deyilən şey də var, buna inanıram.

- Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?

- İlk dəyişəcəyim şey müharibələr olardı. Hər kəsin mehriban yaşaması üçün çalışardım.

- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?

- Məncə, statistika önəmlidir. Önəmli olmasaydı, hər il dünyanın ən güclü futbolçusunu nə ilə müəyyənləşdirərdilər?

- Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?

- Məncə, bu, hər insanda olub. Xaricdə uğur qazanmaq məsələsinə gəlincə, düşünürəm ki, xaricdə uğur qazanmaq daha rahatdır, sadəcə risk etmək lazımdır. Ancaq bizdə mentalitet fərqlidir. Bizdə belə bir fikir yaranıb: “Ölkə xaricinə getsəm, məni çətin günlər gözləyir. Orda nə edəcəm, necə edəcəm?” Buna görə də, digər ölkələr futbol baxımından bizi üstələyir. Bizim futbolçularımız da, məşqçilərimiz də ölkə xaricində bizi uğurla təmsil edə bilərlər. Potensiallı məşqçilərimiz və futbolçularımız çoxdur.

- Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?

- Milli komandanı Qurban Qurbanov kimi xarakterli birinə tapşırmaq lazımdır. Çünki o, işinin öhdəsindən səbrlə və layiqli şəkildə gələcək biridir. Necə ki, “Qarabağ” hər il avrokuboklarda yaxşı iştirak edir. Milli komandamız da DÇ və AÇ-nin əsas mərhələsində iştirak edə bilər (komanda.az).

Digər Xəbərlər
Xəbər Lenti