"Bu futbolçuların milyonları yoxdur ki, 5-6 ay pulsuz yaşaya bilsinlər"

16 May 2020 13:12 Milli komanda 562
"Bu futbolçuların milyonları yoxdur ki, 5-6 ay pulsuz yaşaya bilsinlər"

"Əla rəhbərliyimiz var. Bütün ayların maaşları tam ödənilib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants yerli radiolardan birinin efirində deyib.

Amerikalı mütəxəssis bildirib ki, məvaciblərin azaldılması məsələsi müzakirə olunmayıb: "Rəhbərlik uşaqlara çox dəstək oldu, onların qayğısına qaldı. Bu futbolçuların milyonlarla ABŞ dolları yoxdur ki, 5-6 ay pulsuz yaşaya bilsinlər və ya maaşlarında 20 faiz endirim olsun".

Çempionatın mümkün bərpası barədə də danışan Şants oyunların iyul ayında başlaya biləcəyini istisna etməyib. "Finiks Rayzinq" komandası mayın 13-dən məşqləri bərpa edib.

Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti