Azərbaycan millisi 2 gündən bir oyun keçirəcək?

11 May 2020 21:20 Milli komanda 668
Azərbaycan millisi 2 gündən bir oyun keçirəcək?

UEFA Millətlər Liqasının təqvimində dəyişiklik edə bilər.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu beynəlxalq pəncərədə milli komandaların oyun sayını artırmağı düşünür.

UEFA təqvimdəki sıxlığı nəzərə alaraq 6 gün ərzində 2 deyil, 3 oyun keçirilməsini planlaşdırır. Qurum Millətlər Liqasında cari mövsümü itirməmək üçün bu variantda əl atmaq niyyətindədir.

Amma yeni ideyanın gerçəkləşib-gerçəkləməyəcəyi sual altındadır. Çünki futbolçuların milli forma ilə 2 gündən bir oyun keçirmək istəyib-istəməyəcəkləri hələ bilinmir.

Bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti