Azərbaycan millisinin gələcəyini müəyyənləşdirəcək gün

8 May 2020 14:50 Milli komanda 981
Azərbaycan millisinin gələcəyini müəyyənləşdirəcək gün

UEFA quruma üzv olan milli assosiasiyalarla növbəti videokonfrans keçirəcək.

Sportinfo.az xəbər verir ki, tədbir mayın 11-nə planlaşdırılıb.

Bu dəfəkı yığıncağın gündəliyi əsasən milli komandalarla bağlı olacaq. Konfrans iştirakçıları koronavirus pandemiyası üzündən taleyi qaranlıq qalan Millətlər Liqası, həmçinin DÇ-2022-nin seçmə mərhələsi ilə bağlı variantlarla bağlı fikir mübadilələri aparılacaq.

Azərbaycan millisinin C liqasının 1-ci qrupunda Lüksemburq, Monteneqro və Kiprlə mübarizə aparacağı turnirin təxirə salınması, ya da ləğvi ilə bağlı qərarın verilməsi də istisna edilmir.

Çünki Millətlər Liqasında 2020/21 mövsümünün tarixinin dəyişməz qalması mümkünsüz sayılır. Təxirə salınan AVRO-2020 və Millətlər Liqasının final mərhələsinin eyni ilin yayında təşkili real deyil.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”