FOTO - Millimizin sabiq baş məşqçisi zəlzələdən sağ qurtuldu

22 Mart 2020 23:20 Milli komanda 849
FOTO - Millimizin sabiq baş məşqçisi zəlzələdən sağ qurtuldu

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsində baş verən zəlzələdən zərər görmədiyini yazıb.

Hadisə paytaxt Zaqreb yaxınlığında Yurçeviçin yaşadığı bölgədə olub. 54 yaşlı mütəxəssis 5,3 maqnitudalı zəlzələyə baxmayaraq, səhhətində heç bir problem olmadığını vurğulayıb.

Zəlzələ nəticəsində Zaqrebdə binalara və infrastruktura ziyan dəyib, 15 yaşlı bir uşaq dağıntılar altında qalaraq ölüb.

Digər Xəbərlər
Xəbər Lenti