Elxan Məmmədov, bəlkə Nərimancahanı eşidəsiniz?

8 Mart 2020 21:40 Milli komanda 1 599
Elxan Məmmədov, bəlkə Nərimancahanı eşidəsiniz?

Futbolumuzdakı problemlər qalaq-qalaqdır. İllərlər yazsan, danışsan yenə bitməz.

Ən çox şikayətçi olduğumuz əskiklərimizdən biri də azarkeşlərdi. Necə şikayətçi olmayasan axı? Futbolun dadı, duzu onun azarkeşləridir. Bizim stadionlar isə o dada, o duza illərdi həsrətdi. Elə bizlər də həsrətik.

Bu gün "Barselona" - "Real" görüşü belə boş tribunalar önündə oynanılsa maraqsız görünəcək. Bu, futbolun yazılmamış qanunudur. İstəsək də istəməsək də belədir.

Futbolumuza uzun illərdi baxan adamlar əvvəlki çempionatları daim misal çəkillər. Dolu tribunalardan, klublar arasındakı möhtəşəm rəqabətdən ağızdolusu danışıllar.

2000-ci illərdə indiki "Qarabağ", "Neftçi" səviyyəsində klubumuz yox idi. Amma o dövrlər adıçəkilən rəqiblərin görüşü daha maraqlı, həyəcanlı olurdu. Elə son illərdə "Xəzər"in, "Karvan"ın, MKT-Araz-ın oynadığı çempionatları da misal çəkə bilərik. Avrokuboklarda uğursuzluq olurdu, amma daxili çempionatdakı rəqabət bir başqa idi. Çünki tribunalar azarkeşlərlə dolu olurdu. Oyunlardakı intriqanı yaradan klub yox, onun azarkeşi olur. İndi kim yaratsın o intriqanı? "Səbail", "Zirə" yoxsa "Sabah"?

Biz illərdi bunu deyirik - Azərbaycan futbolunda olan hazırkı rəqabətsizliyin, süstlüyün, azarkeşsizliyin tək səbəbi regionların - Gəncənin, Tovuzun, Lənkəranın, Qubanın, İmişlinin və.s, və.i yoxluğudur.

Biz hər nə qədər danışırıq nəticəsi yoxdur. Çünki futbolumuzun bütün idaretməsini özündə cəmləyən Elxan Məmmədov bizə qulağ asmır. Öz bildiyindədir. Ona iki il birinci divizionda çempion olan "Neftçala" yox, "Səbail", "Rəvan" kimi Bakı klubları maraqlıdır

Dünən "Neftçi"nin İrandan gələn Azərbaycan əsilli futbolçusu Saman Nərimancahana sual verilib ki, "İranda stadionlar dolu olur. "Neftçi"nin stadionunda 15-20 nəfər azarkeş olduğu üçün narahat olmursunuz?"

O isə suala belə cavab verib: "İRANDA HƏR ŞƏHƏRİN ÖZÜNÜN KOMANDASI OLDUĞU ÜÇÜN ÇOX AZARKEŞ GƏLİR!"

Saman hər nə qədər azərbaycan əsilli olsa da, çempionatımızda İranlı legioner sayılır. Bizim AFFA-da oturanların əcnəbi sevgisini hamımız yaxşı bilirik. İlllərdi bizi eşitməyən Elxan Məmmədov və ətrafı bəlkə, Saman Nərimancahanı eşidəsiniz?

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı