Millimizin futbolçusunu bu hərəkətinə görə cəzalandırmaq istəyirlər - VİDEO

24 May 11:20 Milli komanda 521
Millimizin futbolçusunu bu hərəkətinə görə cəzalandırmaq istəyirlər - VİDEO

Azərbaycan millisinin və "Ertsgebirge"nin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara zidd hərəkət edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu "Nürnberq"lə II Bundesliqanın XXVII tur matçında (1:1) qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb.

Nazarov bunu Romeykenin komandanı xilas etməsi ilə əlaqələndirib: "Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü.

Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi. Buna görə də qolu vurduqdan sonra Romeykeni qucaqladım".

Təcrübəli forvard klub əməkdaşını qucaqlamasına Almaniya Futbol İttifaqının (DFB) anlayışla yanaşacağına ümid etdiyini bildirib: "Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdur. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram".

Qəza zamanı avtobusa zərər dəysə də, komanda üzvlərindən heç kim xəsarət almayıb. Əzilən minik maşınının sürücüsü və sərnişini isə ciddi travmalarla xəstəxanaya çatdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 10:10 Bravo Sizi gözləyir!
13 İyul 21:00 1 il də "Sumqayıt"da