Azərbaycan yığması dünya çempionatı və festivalından əvvəl nə etdi?

02:50 Milli komanda 87
Azərbaycan yığması dünya çempionatı və festivalından əvvəl nə etdi?

Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalından əvvəl Azərbaycan yığmasının açıq məşqi təşkil olunub.

Sportinfo.az xəbər verir ki, hazırlıq prosesi Hövsan Yarış Kompleksində gerçəkləşib.

Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək.

Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM