Ölkə çempionatı təşkil olunacaq - Oktyabrın 31-dən noyabrın 2-dək

06:50 Digər növlər 95
Ölkə çempionatı təşkil olunacaq - Oktyabrın 31-dən noyabrın 2-dək

Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançılarını müəyyənləşdirmək, onların peşəkarlıq səviyyəsini yüksəltmək və bu idman növünü təbliğ etməkdir.

Turnir federasiyanın bilyard idmanının inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirdiyi strategiyanın tərkib hissəsidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?