"Səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim"

05:10 Güləş 73
"Səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim"

ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında gümüş medal qazanan Elmir Əliyevin çempionluğuna yol verdiyi səhvlər mane olub.

Sportinfo.az xəbər verir ki, yunan-Roma güləşçisi bunu "report"a açıqlamasında deyib.

O, final görüşü haqqında danışıb:

"Yarışa çox yaxşı hazırlaşmışdıq. Finalda bəzi səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim".

İdmançı hədəflərindən də söz açıb:

"Qarşıma qoyduğum əsas məqsəd böyüklər arasında Avropa və dünya çempionu olmaqdır. Bu, ən böyük arzumdur.

Ümid edirəm ki, həyata keçər. Məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm".

E.Əliyev U-23 dünya çempionatının finalında Qazaxıstan təmsilçisi Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?