"Sabah" basketbol komandası NTD-yə qarşı matçın ikinci hissəsində yaxşı oynamayıb.
Sportinfo.az xəbər verir ki, bunu "bayquşlar"ın baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, Azərbaycan Basketbol Liqasının III turunda NTD-yə qarşı keçirdikləri oyunu dəyərləndirib:
"Növbəti qələbəmizi qazandıq. Bu gün üçün işimizi başa vursaq da, görüşün ikinci hissəsində yaxşı oynamadıq.
Sabahdan başlayaraq "Naxçıvan'la qarşıdakı oyuna hazırlaşacağıq. İnanıram ki, həmin matçda daha yaxşı çıxış edəcəyik".
"Sabah" - NTD qarşılaşması birincilərin 100:75 hesablı qələbəsi ilə bitib.
