“Bursaspor” işini görüb qurtardı, Bayramov sonra yada düşdü

02:20 Bizimkilər 74
“Bursaspor” işini görüb qurtardı, Bayramov sonra yada düşdü

Türkiyə 1-ci Liqasında 11-ci turun oyunları oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun formasını geyindiyi “Bursaspor” öz meydanında "Pendikspor"u qəbul edib.

Qarşılaşma Bursa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Halil Akbunar və 62-ci dəqiqədə Keleçi İheanaço vurublar.

Millimizin üzvü oyuna ehtiyat oyunçular skamyasında başlayıb və görüşün 77-ci dəqiqəsində meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?