"Rəqib nə çox zəif, nə də çox güclüdür"

05:40 Həndbol 105
"Rəqib nə çox zəif, nə də çox güclüdür"

Qadın həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunun III raundunda da qələbə qazanmağa çalışacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Mingəçevir təmsilçisinin baş məşqçisi Fuad Yanqildin açıqlama verib.

Mütəxəssis turnirin III mərhələsində Şimali Makedoniyanın "WHC Çair Skopye" kollektivinə qarşı keçirəcəkləri oyunlar haqqında fikirlərini bölüşüb:

"Balkan və Şimali Makedoniya məktəbləri Avropada çox tanınır. Bu ölkədə həndbol normal inkişaf edir, yaxşı oyunçuları var.

Milli komanda səviyyəsində də Avropada sözlərini deyirlər. Rəqib nə çox zəif, nə də çox güclüdür.

Avrokuboklarda yetərincə təcrübələri var. Bu rəqibə qalib gəlməyə və növbəti mərhələyə yüksəlməyə çalışacağıq.

Rəqibi tam təhlil etdikdən sonra texniki və taktiki seçimlərimiz olacaq. Həm müdafiə, həm də hücum planında tam hazır olmalıyıq. Ümid edirəm ki, qələbə bizimlə olacaq".

F.Yanqildin qarşılaşmaların ümumi razılığa əsasən Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcəyini diqqətə çatdırıb:

"İlk oyun noyabrın 13-də, cavab qarşılaşması 15-də baş tutacaq. Hər iki görüş saat 15:00-da başlayacaq".

"Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?