Nazirlə görüşdülər, ölkəmizdə bu növün inkişaf perspektivlərini müzakirə etdilər

05:00 Digər növlər 78
Nazirlə görüşdülər, ölkəmizdə bu növün inkişaf perspektivlərini müzakirə etdilər

Oktyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Sumo Federasiyasının prezidenti Hakuho Şo ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanda sumonun inkişaf perspektivləri, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də bu idman növünün ölkəmizdə təşviqi və populyarlığının artırılması məsələləri müzakirə olunub.

Hakuho Şo sumo üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?