“Vitse-prezident seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır"

05:30 Digər növlər 99
“Vitse-prezident seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır"

Günel Bədəlovanın Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilməsi Azərbaycan üçün yeni imkanlar yaradır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi açıqlama verib.

G.Bədəlova ISMF-də vitse-prezident vəzifəsinə seçilməsi ilə bağlı fikirlərini bölüşüb:

"Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Həm də Azərbaycan üçün yeni imkanlar yaradır. Qurumun rəhbərliyində Avstriya, İsveçrə və Fransa kimi ölkələrlə yanaşı, Azərbaycanın olması bu idmanın ölkəmizdə nə qədər inkişaf etdiyini və qısa zaman ərzində böyük nailiyyətlər qazandığımızı göstərir".

Baş katib hələlik əsas prioritetləri açıqlaya bilməyəcəyini deyib:

"Çünki ilk növbədə bu qurumda konkret hansı vəzifələrə cavab verdiyim müəyyən olunmalıdır. Daha sonra bu barədə geniş danışa bilərəm. ISMF-nin kütləviliyini artırmaq, daha çox üzv qəbul etmək niyyətindəyik".

Günel Bədəlova Polşanın Zakopane şəhərində keçirilən ISMF-nin Plenar Assambleyasında vitse-prezident seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?