Komandamız dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurdu

04:50 Karate 80
Komandamız dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurdu

Azərbaycanın karate komandası Polşanın Bielsko-Biala şəhərində keçirilmiş dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

114 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan komandası 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanaraq 10-cu yerdə qərarlaşıb.

Şamo Kamilov (U-16, +70 kq) qızıl mükafata sahib çıxıb. Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?