Astarada Milli Qəhrəmanın xatirəsinə güləş yarışı keçirildi

04:40 Güləş 76
Astarada Milli Qəhrəmanın xatirəsinə güləş yarışı keçirildi

Astara Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

İlk dəfə keçirilən turnir AGF və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin ortaq təşkilatçılığı ilə baş tutub.

U-15 yaş qrupu üzrə keçirilən yarışda 100-ə yaxın yeniyetmə mübarizə aparıb. Turnirin ilk günündə Astara güləş məktəbinin tanınmış siması, Avropa və U-23 dünya çempionu, U-15 milli komandanın məşqçisi Əliabbas Rzazadənin imza mərasimi də keçirilib.

Öelə yarışların keçirilməsində məqsəd perspektivli idmançıların üzə çıxarılmasına dəstək vermək, onların yarış təcrübəsini artırmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?