Tanınmış şərhçi: "Oradan getməyimin "Neftçi" ilə heç bir əlaqəsi yoxdur"

16 Sentyabr 2020 14:08 Maraqlı 745
Tanınmış şərhçi: "Oradan getməyimin "Neftçi" ilə heç bir əlaqəsi yoxdur"

"İdman TV"nin tanınmış şəhrçisi İsmayıl Abdullayev kanaldan ayrılmasını təsdiqləyib.

Sportinfo.az-a açıqlama verən həmkarımız bundan sonra fəaliyyətinin yalnız "Neftçi" TV ilə bağlı olacağını bildirib:

"Oradan getməyimin "Neftçi" TV ilə heç bir əlaqəsi yoxdur. Qarşılıqlı razılıq əsasında hər iki yerdə işləyirdim. Həm də artıqlamasıyla catdirirdim".

Abdullayev sosial şəbəkə hesabında isə bunları qeyd edib: "11 illik "İdman TV" karyerama artıq son qoydum. Bu müddət ərzində qazandığım dost və qardaşlardan ayrılmağın çox çətin olacağını bilirəm.

Ən əsası, ikinci evimdən, ailəmdən uzaqlaşmaq ağırdır. Amma sizin kimi tamaşaçı, izləyici qazandığım üçün çox xoşbəxtəm. Ümid edir və inanıram ki, bu seçimim xeyirli-uğurlu olacaq".

Digər Xəbərlər
Xəbər Lenti