534 nəfər koronavirusa yoluxdu, 6 nəfər vəfat etdi

4 İyul 2020 20:00 Maraqlı 527
534 nəfər koronavirusa yoluxdu, 6 nəfər vəfat etdi

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sportinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu gün 6846 koronavirus testi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"