Nazirdən xahiş: Kömək edin, bu rayonlarda klublar yaradılsın

9 Noyabr 00:28 Maraqlı 585
Nazirdən xahiş: Kömək edin, bu rayonlarda klublar yaradılsın

Gənclər və İdman Naziri Azad Rəhimov Mingəçevir, Ağdaş, Ağsu, Göyçay şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Sportinfo.az-a verdiyi məlumata görə, Göyçayda keçirilmiş qəbulda 15 nəfər vətəndaş iştirak edib.

Müraciətlərə “Gənclər evi”nin və müxtəlif idman qurğusunun tikintisi və təmiri, qurğulara idman avadanlıqlarının verilməsi, yerlərdə təlim-məşq toplanışlarının keçirilməsi üçün dəstək göstərilməsi, idman klubunun yaradılması və fəxri adların, məşqçilik dərəcələrinin verilməsi daxil olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldirilib.

Xəbər Lenti