Ronaldo və sevgilisi Azərbaycansayağı “toy etdi” - VİDEO

09:40 Maraqlı 1 180
Ronaldo və sevgilisi Azərbaycansayağı “toy etdi” - VİDEO

Kriştianu Ronaldonun Azərbaycansayağı toyu…

Bu video süni intellektlə hazırlanıb. Və artıq sosial şəbəkənin Azərbaycan seqmentində viral olub.

Portuqaliyalı ulduz sevgilisi bəy masasında Corcina Rodrigeslə yanaşı əyləşib.

Dünya futbolunun ulduzlarından Lionel Messi, Luka Modriç və digərləri məclisə təşrif buyurub.

Məhəmməd Salah toyun aşpazı kimi məclis əhlinə qulluq edir.

Messi sintizator arxasındadır, Edinq Haland isə onlara baxaraq gülümsəyir.

«Real»ın baş məşqçisi Karlo Ancelotti toya gələnlər qarşısında çıxış eləyir, Zinəddin Zidan isə musiqi sədaları altında qol qaldırıb oynayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti