
"Qarabağ"ın veteran futbolçusu və baş məşqçisi olmuş Elbrus Abbasovun nəvəsi Elbrus "Qarabağ"ın düşərgəsində qonaq olub.
O, baş məşqçi Qurban Qurbanovun şəxsən dəvəti ilə komandanın məskunlaşdığı bazaya gəlib.
İlk öncə Qurbanov balaca Elbrusla səmimi söhbət edib və futbolçulara onun komandanın hücumçusu, baş məşqçisi olmuş ağdamlı Elbrus Abbasovun nəvəsi olması barədə məlumat verib.
Azərbaycanın bir nömərli məşqçisi ona babası kimi hücumçu olmağı və gələcəkdə "Qarabağ"da oynamağı arzulayıb.
Ardınca təcrübəli mütəxəssis dünyasın dəyişmiş hücumçunun geyindiyi 9 nömrəli futbolkanı onun nəvəsinə şəxsən hədiyyə edib.
Bakı Avropa Litseynin şagirdi olan Elbrus sonda futbolçu heyəti ilə bir-bir görüşərək xatirə fotosu çəkdirib.
XANOĞLAN / SPORTİNFO.AZ