Avropada 1 qələbəsi olan 60 yaşlı "qoca" Bakı klubunun üstünə gəlir

12 Avqust 2020 17:38 Şamaxı 1 088
Avropada 1 qələbəsi olan 60 yaşlı "qoca" Bakı klubunun üstünə gəlir

Avropa Liqasının I təsnifat mərhələsində Bakının “Keşlə” klubu ilə üz-üzə gələcək Albaniya “Laçi”si təmsilçimizə tanış rəqibdir.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “İnter” adlandığı vaxtda da bu rəqiblə görüşüb.

2015/16 mövsümündə də indiki kimi Avropa Liqasının I təsnifat mərhələsinə bu iki komandanın yolları kəsişib. Həmin vaxt cütün taleyini “İnter”in vurduğu səfər qolu həll edib – 0:0, 1:1.

Bu il 60 illik yubileyini qeyd edən komanda Laç şəhərinin təmsilçisidir. Ev oyunlarını 2300 tamaşaçı tutumuna malik “Laçi” stadionunda keçirən klub Albaniya çempionatının yüksək dəstəsində yalnız 2004/05 mövsümündə debüt edib.

Elitada cəmi bir mövsüm duruş gətirən “Laçi” 2009-cu ildə yenidən yüksək liqaya qayıdıb. Həmin vaxtdan orada möhkəmlənən komandanın buradakı ən böyük uğuru 2013/14 mövsümündəki bürünc medallardır. “Keşlə”nin rəqibi 2013 və 2015-ci illərdə ölkə kubokunu qazanmağı bacarıb.

Avrokuboklarda 2010/11 mövsümündə debüt edən “Laçi” 6 dəfə qitə kuboklarında qüvvəsini sınayıb. Yalnız Avropa Liqasında mübarizə aparan komandanın ən böyük uğuru 1 mərhələ adlamaqdır.

Laç təmsilçisi iki dəfə bunu bacarıb. Bunlardan birində penaltilər seriyası albaniyalıların işinə yarayıb. Ümumilikdə, 16 avrokubok görüşündə 1 qələbə qazanan “Laçi” 6 heç-heçə edib və 9 dəfə uduzub. “Laçi”nin sahibi və prezidenti Paşk Laşkadır. Komandanı Armando Kunqu çalışdırır.

“Laçi” ötən mövsümdə Superliqanın bürünc medalını qazanaraq Avropa Liqasına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti