"Açığı, inanmıram ki, çempionat bərpa olunsun" - "Keşlə"nin müdafiəçisi

9 May 2020 11:34 Şamaxı 581
"Açığı, inanmıram ki, çempionat bərpa olunsun" -

"Məşqlərə başlamaqla bağlı bizə dəqiq bir söz deyilməyib. Ayın 11-də iclas olacaq.

Operativ Qərargahın verəcəyi qərarlara uyğun olaraq, bəlkə, məşqlərə başladıq. Amma 31 maya kimi müsbət qərar veriləcəyinə inanmıram. Bu mənim şəxsi fikrimdi"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Tərlan Quliyev deyib.

Mərkəz müdafiəçisi ölkə çempionatının bərpası ilə bağlı ümidsiz olduğunu bildirib: "31 may məşqlərə başlamağa icazə verilsə, 2-3 həftə hazırlaşıb çempionata başlamaq olar.

Almaniya, Türkiyə bizdən də böyük ölkələrdi. Orada bizdən də çox xəstə sayı var. Amma bu ölkələrdə artıq çempionatın davam etdirilməsinə qərar verilib.

Məncə, burda da çempionatı başlamaq olardı. Onsuz bizdə azarkeş baxımından oyunlarımız anşlaq olmur. Lap azarkeşsiz belə oynamaq olardı. Çox şey danışmaq olar. Amma ola bilər bizim bilmədiyimiz nələrsə var. Açığı, inanmıram ki, çempionat bərpa olunsun"

Quliyev Beynəlxalq Futbol Assosiasiyalar Şurasının (İFAB) FİFA-nın 5 əvəzetmə təklifini qəbul etməsini ağıllı qərar kimi qiymətləndirib:

"Əvəzetmə sayının 5-ə qaldırılması ağıllı qərardı. Çünki çempionat uzun müddətdir dayandırılıb. Futbol elə bir şeydir ki, davamlı məşq etmək lazımdır.

Evdə oturub məşq etməklə fiziki durumu 50-60% bərpa etmək mümkün deyil. Buna görə də hamımızda fiziki cəhətdən axsamalar olacaq. Bu baxımdan əvəzetmə sayının çox olması köməyimizə çatacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"