"Bu, “Qarabağ”la fərqimizi göstərdi” - ETİRAFDAN ÇƏKİNMƏDİ

9 Mart 2020 12:02 Şamaxı 931
"Bu, “Qarabağ”la fərqimizi göstərdi” - ETİRAFDAN ÇƏKİNMƏDİ

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 20-ci turunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Keşlə"nin hücumçusu Aleşandre Kriştavao sualları cavablandırıb.

- İlk hissədə 2 qol epizodumuz oldu. Onlardan birini 100 faiz dəyərləndirmək olardı. Əfsuslar olsun ki, o epizodları qaçırdıq. “Qarabağ”a qarşı çətin oyun keçirdik.

- İkinci hissədə 100 faizli qol epizodun oldu. Fərqlənsəydin, nəticə fərqli olardı?

- Bu epizod “Qarabağ”la fərqimizi göstərdi. Biz fürsətləri qaçırtdıq, “Qarabağ” qol epizodlarını dəyərləndirirdi.

- “Qarabağ” Çempionlar Liqasında oynamış komandadır. Bunu qarşılaşma zamanı hiss etdin?

- “Qarabağ”ın keyfiyyətli komanda olduğunu bilirik. Bunu oyunları ilə nümayiş etdirdilər. Hazırda turnir cədvəlində də liderdir.

- Lorenso Frutos bombardir olsa da, sən gələndən sonra ehtiyatda əyləşir. Belə olacağını düşünürdün?

- Frutos yaxşı hücumçudur. Bu, məşqçinin seçimidir. Onun etimadını doğrultmağa çalışıram.

- Azərbaycan Premyer Liqası barədə düşüncələrin necədir? Qol vurmamağın çempionatın ağır keçməsi ilə əlaqəlidir?

- Hər oyun epizodlar yaranır və bunu qola çevirməyə çalışıram. Təəssüflər olsun ki, qaçırdığım fürsətlər də olur. Öz üzərimdə işləyirəm, səbirli olub, keyfiyyətimi göstərməyə çalışıram.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!