"Keşlə" Əhmədovu qovsa, baş məşqçi postuna kim(lər)i gətirəcək?

21 Fevral 2020 21:20 Şamaxı 1 349
"Keşlə" Əhmədovu qovsa, baş məşqçi postuna kim(lər)i gətirəcək?

«Zirə» ilə qarşılaşma Tərlan Əhmədovun «Keşlə»də son oyunu ola bilər.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, Müşahidə Şurasının sədri Zaur Axundov yeni baş məşqçi axtarışına başlayıb.

Komandanın Premyer Liqanın son 2 turunda «Səbail» və «Neftçi»yə məğlubiyyəti onda Əhmədova qarşı ciddi inamsızlıq yaradıb. Hazırkı çalışdırıcının məşqçiyə yaraşmayan hərəkətləri, futbolçularla tez-tez mübahisə etməsi, üstəlik, 2 köməkçisinin danışılmış oyunların üstündə futboldan qovulması MŞ sədrini sarsıdıb. Elə bu səbəbdən dəyişikliyə lüzum görür.

Əgər «Keşlə» bu tur «Zirə»yə uduzsa, gümüş medal şansını böyük ölçüdə itirəcək. Çünki «Neftçi» ilə aradakı xal fərqi artıq 4-dür. «Ağ-qaralar»ın Qəbələ səfərindən qələbəylə dönmək ehtimalı yüksək olduğundan, «Zirə»ni üstələmək «Keşlə» üçün çox vacibdir.

Ötən 2 uğursuz oyuna görə komandanın üstünə getməyən Axundov məhz bu qarşılaşmanın nəticəsini gözləyir.

Baş məşqçi vəzifəsinə namizədi varmı? Var! Özü də iki nəfər.

Biri mövsümün əvvəlində «Zirə»dən uzaqlaşdırılan Samir Abasov, digəri isə hazırda «Neftçi-2»ni çalışdıran Mahmud Qurbanovdur. Namizədlərdən Abasovu AFFA birbaşa dəstəkləyir. Onun adı xeyli müddətdir Axundovun masasının üzərindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı