"Neftçi"ni udmasaz, verdiyim 2500 manatı burnunuzdan gətirəcəm"

14 Fevral 2020 17:34 Şamaxı 1 687
"Neftçi"ni udmasaz, verdiyim 2500 manatı burnunuzdan gətirəcəm"

«Keşlə» Premyer Liqanın 17-ci turunda «Neftçi»nin qonağı olacaq.

Turnir cədvəlinin 2-3-cü pillərini bölüşdürən rəqiblərin qarşılaşması bəzi sualların cavabını verəcək. Tərlan Əhmədovun çalışdırdığı komanda məğlubiyyətlə üzləşərsə, «ağ-qaralar»dan 4 xal geri düşəcək.

Sportinfo.az-ın məlumatına görə,ötən həftə gözlənilmədən «Səbail»ə uduzan «Keşlə»də hazırda gərginlik hökm sürür.

Klubun Müşahidə Şurasının sədri Zaur Axundov futbolçuları bu vəziyyətdən çıxarmağın yolunu stimullaşdırmada görüb. O, paytaxt derbisində 3 xal qazanacaq oyunçularının hər birinə 3000 manat mükafat vəd edib.

Şura sədri yenə ənənəsinə sadiq qalaraq, şərti şumda kəsib: «Əgər«Neftçi»ni udmasaz, Qəbələ səfərinə görə verdiyim 2500 manatı burnunuzdan gətirəcəm».

Digər Xəbərlər
Xəbər Lenti