“Turan”ın sabiq baş məşqçisi Naci Şensoy bölgə təmsilçisinin gələcək perspektivi ilə bağlı iddialı fikirlər səsləndirib.
Türkiyəli mütəxəssis Sportinfo.az-ın “Tovuzlu azarkeşlərə hücum futbolu ilə çempionluq bəxş edə bilərsinizmi?” sualını cavablandırıb.
68 yaşlı mütəxəssis suala qətiyyətli cavab verib:
“Niyə də yox?! Bunun çoxlu nümunəsi var. Türkiyədə “Bursaspor” çempion oldu, “Başakşehir” çempion oldu.
Halbuki həmin vaxt liqada “dörd böyük” var idi. İngiltərədə “Lester” çempionluq sevincini yaşadı. Çoxlu belə nümunələr var.
Ona görə “olmaz” deyə bir şey yoxdur.
Yetər ki, məsələyə subyektiv yox, obyektiv yanaşılsın. Şərtləri, imkanları və rəqiblərin vəziyyətini real şəkildə masaya yatırmaq lazımdır”.
Azərbaycan futbolunu daim diqqət mərkəzində saxlayan təcrübəli mütəxəssis demokrat fikirli olması və verdiyi kəskin açıqlamalarda hər zaman diqqət mərkəzində olub.
O, müxtəlif illərdə üç dəfə “Turan”ı çalışdırıb.
HƏBİB
